Türkiyə ərazisinə qeyri-qanuni yollarla keçmək istəyən 19 nəfər saxlanılıb

admin
Türkiyə ərazisinə qeyri-qanuni yollarla keçmək istəyən 19 nəfər saxlanılıb

Türk Silahlı Qüvvvələrinin Sərhəd xidməti tərəfindən Suriya və Yunanıstandan Türkiyə ərazisinə qeyri-qanuni yollarla keçmək istəyən 19 nəfər yaxalanıb.

"Operativ Media"nın verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, saxlanılan şəxslərdən 3-nün PKK/KCK/PYD/YPG terror təşkilatının üzvü olduğu müəyyən edilib.

Digər xəbərlər