Menyu

Lukaşenko: Tokayevlə dostluq münasibətlərimiz istənilən məsələləri müzakirə etməyə imkan verir

Lukaşenko: Tokayevlə dostluq münasibətlərimiz istənilən məsələləri müzakirə etməyə imkan verir

"Qazaxıstan bizim strateji tərəfdaşımızdır. Qazaxıstan lideri Kasım Comərt Tokayevlə dostluq münasibətlərimiz istənilən məsələləri müzakirə etməyə imkan verir".

"Operativ Media" xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Qazaxıstanın Minskdəki səfiri Erlan Baycanovun etimadnaməsini təqdimetmə mərasimində bildirib.

"Bizi ümumi tarix, inkişaf etmiş ticarət və humanitar əlaqələr birləşdirir. Dövlət başçıları səviyyəsində dostluq əlaqələri bizə istənilən məsələləri məhdudiyyətsiz müzakirə etməyə imkan verir", - Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti Lukaşenkodan sitat gətirib.

Xarici İşlər Nazirliyinin məlumatına görə, Lukaşenko Qazaxıstanı “Belarusa yaxın, qardaş dövlət, strateji tərəfdaş və müttəfiq” adlandırıb.

Belarus lideri qeyd edib: "Minsk ikitərəfli və beynəlxalq gündəmdəki geniş mövzular üzrə dialoqu davam etdirmək üçün bu il prezident Tokayevi qarşılamaqdan məmnun olacaq".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər