17 Noyabr 2022, 20:46
Mövlud Çavuşoğlu: "Ümid edirik ki, taxıl sazişini 1 illik uzada biləcəyik"
Mövlud Çavuşoğlu: "Ümid edirik ki, taxıl sazişini 1 illik uzada biləcəyik" şəkil
Mövlud Çavuşoğlu: "Ümid edirik ki, taxıl sazişini 1 illik uzada biləcəyik"

"Taxıl sazişinin uzadılması məsələsi uzun müddətdir Türkiyənin gündəliyindədir. Ümid edirik ki, 4 aydan sonra bu sazişi yenə, bu dəfə 1 illik uzada biləcəyik".

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O qeyd edib ki, Rusiya taxılı və gübrəsinin ixracatı üçün razılıq əldə olunmayıb: “Biz ABŞ və digər tərəfdaşlarımızla təmaslarımızı davam etdirirk, amma bəzi maneələr hələ də aradan qaldırılmayıb, bunu etmək lazımdır. Bəziləri deyir ki, biz Rusiyanı müdafiə edirik. Xeyir, hər şeydən əvvəl bu bir sazişdir. Biz Ukrayna taxılının kasıb ölkələrə getməsi üçün, sazişdə olduğu kimi, Rusiyanın tələblərinin yerinə yetirilməsinin lazım olduğunu deyirik”.

Çavuşoğlu əlavə edib ki, Türkiyənin vasitəçilik səyləri iki ölkə arasında inamın bərpa olunmasına yönəlib və bunun üçün Türkiyə lideri rusiyalı və ukraynalı həmkarları ilə təmaslarını davam etdirəcək.

Son xəbərlər
"Qalatasaray" "Bodrumspor"u əliboş yola saldı
Mehriban Əliyeva "Sea Breeze"də həyata keçirilən layihələrlə tanışlıq barədə video paylaşıb
18 Aprel 2025, 23:47
Azərbaycan ordusunda xidmət edən əsgərlərə hərbi təhsil imkanı yaranıb
Rusiya XİN: Ukraynadakı NATO kontingentinin mənfi nəticələri olacaq
ABL: "Sabah" "Sərhədçi"ni məğlub etdi
"Çelsi" "Bavariya"nın müdafiəçisi ilə maraqlanır
Məhkəmədə Ermənistanın törətdiyi Xocalı soyqırımı ilə bağlı dəhşətli videomateriallar nümayiş etdirilib
Tramp ABŞ-nin Ukrayna üzrə danışıqlar prosesindən çıxa biləcəyini istisna etmir