Menyu

Polşa: Almaniyanın sərhəddə daimi yoxlamalara başladığı barədə xəbərlər doğru deyil

Polşa: Almaniyanın sərhəddə daimi yoxlamalara başladığı barədə xəbərlər doğru deyil

"Polşa ilə Almaniya arasında Şengen sərhədində daimi nəzarətin bərpası ilə bağlı xəbərlər həqiqəti əks etdirmir".

"Operativ Media" xəbər verir ki, bunu Polşanın daxili işlər naziri Kaminski bildirib.

Kaminski alman həmkarı Nensi Fazerlə telefonla danışdıqdan sonra yazılı açıqlama verib.

Görüşdə Almaniya-Polşa sərhədindəki vəziyyətin və Balkan bölgəsi ilə bağlı artan miqrasiya təzyiqinin müzakirə edildiyini qeyd edən Kaminski qeyd edib: "Polşa ilə Almaniya arasında Şengen sərhədində daimi nəzarətin bərpası ilə bağlı xəbərlər həqiqəti əks etdirmir. Alman tərəfi yalnız Polşa sərhədində xidmət fəaliyyətinin intensivliyini artırmaq qərarına gəlib".

Polşa və Almaniyanın immiqrasiya ilə mübarizədə daha yaxından əməkdaşlıq edəcəklərini ifadə edən Kaminski, Polşa, Çexiya və Almaniyanın bu məqsədlə xüsusi əməliyyat qrupu quracağını açıqlayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər