Menyu

Kopenhagendə NATO-nun Kvant Texnologiyaları üzrə Mərkəzi açılıb

Kopenhagendə NATO-nun Kvant Texnologiyaları üzrə Mərkəzi açılıb

Kopenhagendə NATO-nun Deep Tech Lab - Kvant Texnologiyaları üzrə Mərkəzi açılıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyi məlumat yayıb.

Yeni mərkəz Şimali Atlantika Alyansına üzv dövlətlərdə tədqiqat mərkəzləri və saytları bir araya gətirən Şimali Atlantika üçün Müdafiə İnnovasiyaları Sürətləndiricisinin (DIANA) bir hissəsidir. Mərkəzin əsas məqsədləri süni intellekt, kvant və kosmik texnologiyalar sahələrində NATO-nun texnoloji liderliyini qorumaq, həmçinin təhlükəsiz rabitə, sahil monitorinqi və etibarlı enerji təchizatı sahəsində texniki həllərin işlənib hazırlanması olacaq.

NATO-nun baş katibi Yens Stoltenberq mərkəzin açılış mərasimində deyib: "NATO həmişə texnoloji innovasiyalara, xüsusən də müdafiə sektoruna rəhbərlik edib. Bu, çox vacibdir, çünki təhlükəsizliyimiz innovativ imkanlarımızdan asılıdır. DIANA müxtəlif sektorlardan olan innovatorları təhlükəsizlik çağırışlarımıza cavab verə biləcəyimiz texnologiyalar yaratmağa dəvət edir. Burada məqsəd pozucu texnologiyalara hazır olmaq və innovasiyada liderliyimizi davam etdirməyimizi təmin etməkdən ibarətdir".

Danimarkanın müdafiə naziri Troels Lund Poulsen mərkəzin açılışında vurğulayıb ki, müasir dünyada yüksək texnologiyalı pilotsuz təyyarələrə, daha sürətli kompüterlərə və yüksək keyfiyyətli sistemlərə sahib olanlar döyüş meydanında üstünlüyə malikdirlər. Buna görə də gələcəkdə təhlükəsizlik, həm də yeni texnologiyalar yaratmaq və bu sahədə üstünlüyü qorumaq bacarığından asılı olacaq.

Teqlər:

"Kopenhagend\u0259 NATO-nun Kvant Texnologiyalar\u0131 \u00fczr\u0259 M\u0259rk\u0259zi a\u00e7\u0131l\u0131b"

Əlaqəli Xəbərlər