Menyu

Tokayev Əfqanıstanda humanitar böhranın qarşısını almağa çağırıb

Tokayev Əfqanıstanda humanitar böhranın qarşısını almağa çağırıb

"Beynəlxalq ictimaiyyət Əfqanıstanda humanitar böhranın qarşısını almaq üçün səyləri dəstəkləməlidir". 

"Operativ Media" xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım Comərt Tokayev Mərkəzi Asiya dövlət başçılarının və Almaniya kanslerinin Berlində keçirilən görüşündə deyib.

"Dövlət başçısı xüsusilə Əfqanıstandakı vəziyyətə diqqət çəkib. Onun fikrincə, bu ölkədə humanitar böhranın qarşısının alınması üçün beynəlxalq ictimaiyyətin və xüsusən də Mərkəzi Asiya dövlətlərinin səylərini dəstəkləməkdə davam etmək lazımdır. Bu kontekstdə o, Almatıda BMT-nin Mərkəzi Asiya və Əfqanıstan üçün Davamlı İnkişaf üzrə Regional Mərkəzinin yaradılmasının vacibliyini qeyd edib”, - deyə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

Qazaxıstan Prezidenti həmçinin Mərkəzi Asiya regionu üçün terrorizm, dini ekstremizm, narkotiklərin qanunsuz dövriyyəsi və transmilli cinayətkarlıq kimi aktual çağırışlara diqqət çəkib.

Teqlər:

"Tokayev \u018ffqan\u0131standa humanitar b\u00f6hran\u0131n qar\u015f\u0131s\u0131n\u0131 alma\u011fa \u00e7a\u011f\u0131r\u0131b"

Əlaqəli Xəbərlər