Şimali Koreya qitələrarası ballistik raketi sınaqdan keçirib

Nərmin Qocamanlı
Şimali Koreya qitələrarası ballistik raketi sınaqdan keçirib

Cənubi Koreya və Yaponiya Şimali Koreyanın qitələrarası ballistik raketləri (ICBM) buraxdığını bildirib.


"Operativ Media"nın xəbərinə görə, Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Şimali Koreyanın yerli vaxtla saat 10:18-də ICBM-i şərqə doğru atdığını açıqlayıb.


Yaponiya Müdafiə Nazirliyi də raketin Koreya yarımadasının qərb hissəsindən buraxıldığını təsdiqləyib.


Yaponiyanın baş naziri Kişida Fumio jurnalistlərə bildirib ki, raketin Yaponiyanın milli eksklüziv zonasına düşdüyü təxmin edilir.


Yaponiyanın müdafiə naziri Hamada Yasukazu Şimali Koreyanın “Tez-tez raket sınaqları keçirməsinə” qarşı olduğunu bildirib.


Regional gərginliyin artdığını vurğulayan nazir Həməda ölkəsinin təhlükəsizliyi üçün Şimali Koreyanın raket texnologiyalarında irəliləyişi “gözdən qaçırmaq olmaz” deyib.
Raketin yerli vaxtla səhər saat 11:20 radələrində Yaponiyanın şimalındakı Hokkaydo bölgəsinin qərbinə düşdüyü qeyd edilib.

Digər xəbərlər