Vuçiç Blinken arasında telefon danışığı olub
1 dəq oxu
Serbiya prezidenti Aleksandr Vuçiç ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı aparıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Vuçiç açıqlama yayıb.
"Görüşümüz asan olmadı. 24 sentyabrda Kosovonun şimalında baş verənlər barədə danışdıq", - o qeyd edib.
Blinkenlə Kosovonun şimalında gərginliyin azaldılması mövzusunda razılaşdıqlarını ifadə edən Vuçiç, ölkəsinin NATO-nun Kosovo Sülhməramlı Qüvvələrinin (KFOR) bölgədə mövcudluğunu dəstəkləməyə davam edəcəyini bildirib.
Vuçiç bildirib: "Blinken lazımi şəkildə davranmadığı təqdirdə Serbiyaya qarşı mümkün sanksiyalardan danışdı. Ona ABŞ-nin böyük və qüdrətli bir ölkə olduğunu söylədim".
Sorğu