Qarabağ erməniləri Azərbaycanın humanizmindən danışır (VİDEO)

admin
Qarabağ erməniləri Azərbaycanın humanizmindən danışır (VİDEO)

Qarabağdan öz istəkləri ilə ayrılan erməni sakinlər Ermənistanın Gorus rayonunda rusiyalı jurnalistə açıqlama veriblər.

"Operativ Media" xəbər verir ki, onlar açıqlamalarında Qarabağdan ayrılarkən heç bir problem və maneə ilə üzləşmədiklərini etiraf ediblər.

Ermənilər iddia edirdi ki, azərbaycanlılar onları guya Qarabağdan məcburi çıxardır. Lakin yayılan görüntülərdən də məlum olur ki, bu heç də belə deyil.

Bundan başqa, indiyədək minlərlə Qarabağ ermənisinin Laçın sərhəd buraxılış məntəqəsində maneəsiz keçərək Ermənistana üz tutublar.

Əlavə edək ki, Azərbaycan mərkəzi hakimiyyəti Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasını istədiyini bəyan edib və Qarabağdakı erməni sakinlərə ərzaq və tibbi yardım göstərib.

Həmin anın videosunu təqdim edirik:

Digər xəbərlər