Menyu

Biz onlara təşəkkür edirik...

Redaksiya
Biz onlara təşəkkür edirik...

Azərbaycan ordusunun uğurla keçirdiyi antiterror tədbirlərindən sonra hüquq mühafizə orqanları Qarabağda olan və Azərbaycan xalqına, dövlətinə qarşı cinayətlərdə iştirak etmiş, əli azərbaycanlı qanına batmış şəxsləri həbs etməyə başlayıb. Onların bəziləri ictimaiyyətə artıq açıqlanıb, bəziləri isə yaxın günlərdə açıqlanacaq. Məsələ ilə bağlı məşhur “Admedia” şirkətinin rəhbəri, Füzuli rayonunda doğulmuş və ermənilərin işğalı zamanı məcburi köçkün düşmüş Sabit Məmmədov saytımıza öz fikirlərini bölüşüb.

Fotoğraf açıklaması yok.

 

“1992-ci ilin mart ayının 16-da ermənilər bizim doğulub boya-başa çatdığımız Füzuli rayonunu qradlardan atəşə tutdular. İnsanların bayramı qeyd etdiyi gündə məcbur şəkildə onlar Füzulini tərk etdilər. Bundan əlavə olaraq, insanlar qaçqın düşdülər, yaxın qohumlar, qonşular uzaq düşdülər, bir-birini görə bilmədilər, uşaqlar məktəb dəyişdilər, çadır şəhərciyi və çox çətin şəraitdə qaldılar. Bizim nələr çəkdiyimizi bir Allah bilir, bir də bizi görənlər. Qohumlar bir-birini görə bilmədi, uşaqlığımız getdi əlimizdən, oradan-ora köçdük, buradan-bura. Bəlkə də 5-6 məktəb dəyişdik.

Günahsız qurbanların iztirablı günü

Bütün bunlarla yanaşı bizdə bir qisas hissi var idi. Füzulinin , Cəbrayılın, Kəlbəcərin işğal kadrlarını ermənilər çəkib yayırdılar. O bizə çox pis təsir edirdi. Çingiz Mustafayev və digər jurnalistlərimiz bu ağrı-acını lentə alıb dünyaya çatdırdılar. Sağ qalanlara cansağlığı, ölənlərə Allah rəhmət eləsin. Bu dəqiqə onlar da bu qisası görürlər və ruhları şaddır.

Tutulan erməni generalın videosu var, hansı ki, bizim əsirə paqon yalatdırır, şərəfsizlik edir, sanki əsirlə davranma qaydalarını bilmir. Biz də əsir götürmüşük, amma belə hallar olmayıb. Çox görmüşük onların belə əməllərini, Monte Melkonyanın türk dilində çağırış edib aldatmağını,sonra insanları əsir götürüb onlara olmazın işgəncələr verməyini.

Həmişə o səhnələr gözümdə canlanırdı. Əsirlərimizə verilən işgəncələr gözümün önündə dururdu. Beynimdə fikirləşirdim ki, bizim girovlar sağdır, haradasa saxlanır. Ona görə də ali təhsilimi alandan sonra artilleriyaçı kimi, batareyada xidmət elədim və  kifayət qədər bu peşəyə yiyələndim. D-44 topunu tək olaraq heyət nəfəri kimi ata bilirdik. Komandirlərimiz və hər birimizin içərisində qisas hissi var idi.

Fotoğraf açıklaması yok.

Şükür Allaha ki, o qisas alındı. Lakin biz onlara qarşı vəhşilik etmirik, onları rahat qarşılayırıq, getmək istəyənləri yola salırıq. Bütün bunlara görə təşəkkürlərimiz var. Başda cənab Prezident Ali Baş Komandana təşəkkürlərimiz var. Ali Baş Komandan və onun komandası, DTX rəisi, Daxili işlər naziri, Müdafiə nüaziri və ən başda əsgərlərimiz, Xüsusi Təyinatlarımız, piyada bölmələrimiz, artilleriyaçılarımız hamısına təşəkkür edirik. Mən düşünürəm ki, bu qisasın alınması, döyüşlərin başlaması, qələbə qazanılması və sülhün olmasına görə, Ali Baş Komandana sülh mükafatı verilməlidir. O bölgəyə sabitlik gətirdi”.

Teqlər:

"Biz onlara t\u0259\u015f\u0259kk\u00fcr edirik..."

Əlaqəli Xəbərlər