"Twitter" əməkdaşlarına bildiriş göndərərək şirkətin bütün ofis binalarının noyabrın 21-dək bağlı olacağını açıqlayıb.
İlon Maskın təxribat narahatlıqları səbəbiylə alınan qərardan xəbərsiz olan işçilər, binaya giriş kartlarının işləmədiyini qapıda öyrəniblər.
"Operativ Media" "BBC"yə istinadən xəbər verir ki, Hadisələr İlon Maskın bütün işçilərə “uzun saatlarla işləmək” və ya istefa vermək seçimi ilə ultimatum verməsindən sonra baş verib.
Bir çox əsas işçilər Maskın töhmətindən sonra istefa verəcəklərini açıqlayıblar.
Baş verən hadisələrdən dərhal sonra Mask şəxsi hesabında paylaşım edib.
Paylaşımda üzərində "Twitter" loqosu olan məzar daşı və məzarın başında qələbə işarəsi ilə poza verən və başında "Twitter" loqosu olan bir şəxsin fotosu yer alıb. .