Menyu

Növbəti tibbi yardım briqadası Xankəndinə yola salınıb

Redaksiya
Növbəti tibbi yardım briqadası Xankəndinə yola salınıb

Azərbaycanın mərkəzi hakimiyyəti növbəti tibbi yardım briqadasını Xankəndinə yola salıb.

"Operativ Media" xəbər verir ki, bu gün 5 təcili tibbi yardım avtomobili həkim heyəti ilə birgə təcili tibbi yardım və müayinə işinin təşkili məqsədilə Xankəndinə göndərilib.

Təcili Tibbi Yardım briqadası Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb.

Qeyd edək ki, lokal xarakterli antiterror tədbirindən sonra Qarabağda yaşayan erməni sakinlərinin ehtiyaclarını ödəmək məqsədilə yanacaq, ərzaq və digər təminatlarla yanaşı əhalinin zəruri Tibbi ehtiyaclarının ödənilməsi işləri də diqqətdə saxlanılır. 30 sentyabr tarixində yola salınan təcili tibbi yardım briqdasının göndərilməsi də bu məqsədlə həyata keçirilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər