Menyu

Kahramanmaraşda iki avtobus toqquşması nəticəsində 9 nəfər yaralanıb

Əziz Əzizli
Kahramanmaraşda iki avtobus toqquşması nəticəsində 9 nəfər  yaralanıb

Türkiyənin Kahramanmaraş şəhərində iki avtobusun iştirakı ilə olan ağır yol-nəqliyyat hadisəsində 9 nəfər yaralanıb.

"Operativ Media" “TRT Haber”ə istinadən xəbər verir ki, şəhərin Karacasu Karşıyaka məhəlləsində sərnişin avtobusları toqquşub.

Bildirilib ki, avtobuslardan biri bələdiyyəyə məxsus olub, digəri isə özəl şirkətə məxsus ictimai nəqliyyat avtobusu olub.

Qeyd olunub ki, hadisədə yaralanan 9 nəfər yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.

Teqlər:

"Kahramanmara\u015fda iki avtobus toqqu\u015fmas\u0131 n\u0259tic\u0259sind\u0259 9 n\u0259f\u0259r yaralan\u0131b"

Əlaqəli Xəbərlər