Menyu

Gürcüstanda aralıq və növbədənkənar seçkilər keçirilir

Gürcüstanda aralıq və növbədənkənar seçkilər keçirilir

Gürcüstanda Qori-Kaspi seçki dairəsi üzrə aralıq parlament seçkiləri və Qurcaani şəhərinin meri vəzifəsi üçün növbədənkənar seçkilər keçirilir. 

"Operativ Media" xəbər verir ki, bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılıb. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ümumilikdə 133 seçki məntəqəsi açıqdır, 103-də elektron səsvermə qutuları quraşdırılıb ki, bu 2024-cü ildə ölkədə keçiriləcək parlament seçkilərinə hazırlıq baxımından mühüm əhəmiyyət kəsb edir. Növbədənkənar seçkilərin gedişi həm yerli, həm də xarici müşahidəçilər tərəfindən izlənilir.

Teqlər:

"G\u00fcrc\u00fcstanda aral\u0131q v\u0259 n\u00f6vb\u0259d\u0259nk\u0259nar se\u00e7kil\u0259r ke\u00e7irilir"

Əlaqəli Xəbərlər