NATO-nun Avropadakı nüvə silahlarının yerini dəyişmək planı yoxdur
NATO-nun hazırda Avropada yerləşdirilən nüvə silahlarının yerini dəyişmək planı yoxdur.
"Operativ Media" xəbər verir ki, bu barədə alyansın nüvə siyasəti idarəsinin rəhbəri Cessika Koks bildirib.
"Mən bilirəm ki, mediada bu barədə çox danışılır, lakin məncə, ABŞ-nin Avropada malik olduğu nüvə silahları yaxşı yerdə yerləşir. Onların yerini dəyişmək üçün heç bir səbəb yoxdur", - Koks müsahibəsində deyib.
Onun sözlərinə görə, yaxın gələcəkdə Avropada nüvə silahlarının yerləşdirilməsi ilə bağlı hər hansı dəyişiklik gözlənilmir.
Koks vurğulayıb ki, yeni ölkələrdə nüvə silahlarının yerləşdirilməsi riskləri alyans səviyyəsində qiymətləndirilməlidir: "Əgər alyansın üzvü nüvə missiyasında iştirak etmək istəyirsə, bu, NATO çərçivəsində rəsmi şəkildə müzakirə olunmalıdır ki, bu ölkənin iştirakı nüvə silahı sahəsində bizim mövqelərimizi gücləndirib-gücləndirəcəkmi və bu, hər hansı əlavə risklər daşıyırmı?"
Bundan əvvəl Finlandiyanın müdafiə naziri Antti Hakanen bildirib ki, Finlandiya nüvəsiz dövlət olaraq qalmaq niyyətindədir və hətta NATO üzvü kimi öz ərazisində nüvə silahı yerləşdirməyi planlaşdırmır. Onun sözlərinə görə, alyansın, prinsipcə, yeni ölkələrdə nüvə silahı yerləşdirmək planları yoxdur.
Teqlər:
"NATO-nun Avropadak\u0131 n\u00fcv\u0259 silahlar\u0131n\u0131n yerini d\u0259yi\u015fm\u0259k plan\u0131 yoxdur"