Azawad Hərəkatlarının Koordinasiyası (CMA) qrupuna bağlı Tuareg üsyançı qüvvələri ölkənin şərqində Mali hökumətinin bazasını ələ keçirib.
"Operativ Media" xəbər verir ki, bu barədə Reuters agentliyi CMA-nın nümayəndəsi Məhəmməd Elmauloud Ramadana istinadən məlumat yayıb.
Onun sözlərinə görə, üsyançılar Qao şəhəri yaxınlığında yerləşən Bambadakı ordu bazasına nəzarəti ələ keçirib.
Öz növbəsində Mali Müdafiə Nazirliyi Bamba bölgəsində terrorçularla gərgin döyüşlərin getdiyini bildirib. Nazirlik daha sonra əlavə məlumat veriləcəyini bildirib.
Qeyd edək ki, 2015-ci ildə Tuareg üsyançıları ilə Mali hakimiyyəti arasında aparılan danışıqlardan sonra Əlcəzairdə saziş imzalanıb. Beləcə Üsyançıların məskunlaşdığı respublikanın şimalında və şərqində gedən döyüşlərə son qoyulub. Razılaşmalar şimal və şərq bölgələri üçün muxtariyyətin genişləndirilməsini, həmçinin üsyançıların Malinin Silahlı Qüvvələrinə inteqrasiyasını nəzərdə tutur.
2022-ci ilin dekabrında bəzi Tuareg silahlı qrupları Mali hakimiyyətini müqaviləni həyata keçirmək üçün siyasi iradənin olmamasında ittiham edərək Əlcəzair Sazişinin həyata keçirilməsində iştiraklarını dayandırdıqlarını elan ediblər.
Teqlər:
"Malid\u0259 \u00fcsyan\u00e7\u0131lar ordu bazas\u0131n\u0131 \u0259l\u0259 ke\u00e7iribl\u0259r"