Separatçıların üç keçmiş "lideri" Qarabağdan qaçıb?
Redaksiya
Bu gün Ermənistanın kütləvi informasiya vasitələrində Qarabağdakı ləğv olunmuş qondarma rejimin 3 keçmiş "rəhbər"i Arayik Arutyunyan, Bako Saakyan və Arkadi Qukasyanın Ermənistanda olması xəbəri yayılıb.
"Operativ Media" xəbər verir ki, "Tert.am" saytı etibarlı mənbələrdən məlumatı dəqiqləşdirib və mənbə Arayik Arutyunyan, Bako Saakyan və Arkadi Qukasyanın Ermənistanda olmadığını, hələ də Qarabağda gizləndiyini bildirib.