Menyu

Tacikistan və Qırğızıstan sərhəd məsələləri üzrə işləmək barədə razılığa gəliblər

Tacikistan və Qırğızıstan sərhəd məsələləri üzrə işləmək barədə razılığa gəliblər

Tacikistanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin (MTK) sədri Saimumin Yatimov və Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini, ölkənin Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbəri Kamçıbek Taşiyev arasında görüş keçirilib. İki ölkənin hökumət nümayəndə heyətləri Batkendə sərhədin delimitasiyası üzrə danışıqlar aparıblar.

"Operativ Media" xəbər verir ki, Tacikistan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, tərəflər sərhədin təsviri və respublikaların sərhədyanı rayonları arasında əməkdaşlığın gücləndirilməsinə dair razılığa gəliblər.

Tacikistan Xarici İşlər Nazirliyindən bildirilib ki, görüş zamanı sərhədyanı rayonlar arasında dostluq, qarşılıqlı anlaşma və etimadın möhkəmləndirilməsinin zəruriliyi xüsusi qeyd olunub və görüşün özü də dostluq və qarşılıqlı anlaşma şəraitində keçib. 
 

Teqlər:

"Tacikistan v\u0259 Q\u0131r\u011f\u0131z\u0131stan s\u0259rh\u0259d m\u0259s\u0259l\u0259l\u0259ri \u00fczr\u0259 i\u015fl\u0259m\u0259k bar\u0259d\u0259 raz\u0131l\u0131\u011fa g\u0259libl\u0259r"

Əlaqəli Xəbərlər