Menyu

Norveç Rusiyaya qarşı yeni sanksiyalar paketini təqdim edib

Norveç Rusiyaya qarşı yeni sanksiyalar paketini təqdim edib

Norveç Avropa İttifaqının (Aİ) Moskvaya qarşı əvvəllər təqdim etdiyi 11-ci sanksiyalar paketinə qoşularaq Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. 

"Operativ Media" xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Sanksiyaların yeni mərhələsi əsasən Aİ-nin 11-ci sanksiya paketinin tədbirlərinə uyğundur", - Norveç Xarici İşlər Nazirliyi vurğulayıb.

Qeyd edilib ki, Norveç paketi Rusiyanın hərbi və texnoloji potensialının artırılmasına və ya müdafiə və təhlükəsizlik sektorunun inkişafına töhfə verə biləcək mal və texnologiyaların Rusiya ərazisindən tranzitinə qadağa qoyulmasını nəzərdə tutur. Məhdudiyyətlər çərçivəsində həmçinin aviasiya və kosmik sənaye məhsullarına, dəbdəbəli mallara, bəzi dəmir və polad növlərinə, eləcə də Rusiya qeydiyyatı olan qoşqu və yarımqoşquların daşınmasına qadağa qoyulacaq.

Oslo həmçinin Rusiyaya sanksiyalar rejimindən yan keçmək üçün yardım edən ölkələrə “müəyyən malların və texnologiyaların” ixracına məhdudiyyətlər qoymağa hazır olduğunu açıqlayıb.
 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər