Menyu

Aİ İspaniyaya 83 milyard avro kredit verəcək

Aİ İspaniyaya 83 milyard avro kredit verəcək

Avropa İttifaqı (Aİ) Komissiyası, Covid-19-un iqtisadi nəticələrinə qarşı hazırlanan birliyin bərpa proqramı çərçivəsində İspaniyaya 83 milyard avro kredit verəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə AB Komissiyası məlumat yayıb. 

Məlumata görə, İspaniya ölkə proqramında, o cümlədən, Rusiyadan qalıq yanacaq asılılığının azaldılması və enerji təchizatı təhlükəsizliyinin artırılması ilə bağlı dəyişikliklər edib.

Açıqlamada, xilasetmə proqramı çərçivəsində İspaniyanın 83 milyard Avro kredit almasının məqsədəuyğun hesab edildiyi, İspaniyaya əlavə olaraq 80 milyard Avro qrant veriləcəyi və ümumi dəstəyin 163 milyard avroya çatacağı qeyd edilib. Yeni kreditin Aİ-yə üzv dövlətlər tərəfindən təsdiqlənməsi gözlənilir.

Teqlər:

"A\u0130 \u0130spaniyaya 83 milyard avro kredit ver\u0259c\u0259k"

Əlaqəli Xəbərlər