EG.5 koronavirus variantı dünyada xüsusilə sürətlə yayılır və onun kimi Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən maraq doğuran variantlar qrupuna (VOI) daxil edilmiş XBB 1.5 və XBB.1.16 variantları arasındakı yoluxma fərqini artırır.
"Operativ Media" qruma istinadən xəbər verir ki, GİSAID-in beynəlxalq genomonitorinq sisteminə daxil olan məlumata görə, EG.5 ştammı sentyabrın 4-dən 10-dək olan həftə ərzində biomaterial nümunələrinin 33,6 faizində, XBB.1.5 və XBB 1.16 variantları isə müvafiq olaraq 18.9 və 8.6 faizində aşkar olunub, üstəlik, son bir neçə həftə ərzində bu fərq yalnız artmağa doğru gedib.
ÜST-nin bülletenində qeyd olunur ki, hal-hazırda EG.5 ümumiyyətlə, VOİ siyahısında üstünlük təşkil edən ştammdır, onun yayılması ilə bağlı dünyanın 73 ölkəsindən məlumatlar daxil olub. EG.5 ştammına yoluxmanın artması davam etməkdədir. GİSAID-in beynəlxalq genomonitorinq sisteminə daxil olan məlumata görə, EG.5 ştammı sentyabrın 4-dən 10-dək olan həftə ərzində biomaterial nümunələrinin 33,6 faizində, XBB.1.5 və XBB 1.16 variantları isə müvafiq olaraq 18.9 və 8.6 faizində aşkar olunub, avqustun 7-dən 13-dək olan həftə ərzində isə 25,9 faiz təşkil edib. Eyni zamanda, 13 avqusta olan vəziyyətə görə, bu varianta 57 ölkədə rast gəlinib.
VOİ siyahısındakı digər iki variantın yayılması azalmağa doğru gedir. GİSAID-ın beynəlxalq genomonitorinq sisteminə daxil olan məlumata əsasən, 13 avqust-10 sentyabr tarixlərində XBB.1.5 variantı üzrə yoluxma rəqəmi 12 faizdən 8,6 faizə, XBB1.16 üzrə isə 23,5 faizdən 18,9 faizə enib.
Daha əvvəl ÜST-dən bildirildiyinə görə, dünya üzrə EG.5 variantının yayılması koronavirus xəstəliyinin daha ağır gedişatına səbəb olmayıb. Təşkilatın eksperti Mariya van Kerxove Cenevrədə keçirdiyi brifinqdə bildirib ki, SARS-CoV-2-nin dövr edən bütün variantları xəstəliklərin tam spektrinin yayılmasına səbəb ola bilər.