Menyu

Bayden müttəfiqləri ilə Ukraynaya yardımı müzakirə edib

Bayden müttəfiqləri ilə Ukraynaya yardımı müzakirə edib

ABŞ prezidenti Co Bayden telefon danışıqları aparıb, müttəfiqləri və tərəfdaşları ilə Ukraynaya yardımı müzakirə edib. 

"Operatv Media" xəbər verir ki, bu barədə Ağ Ev danışıqlardan sonra məlumat yayıb.

"Bu səhər prezident Bayden Ukraynaya davamlı dəstəyimizi koordinasiya etmək üçün ABŞ-nin müttəfiqləri və tərəfdaşları ilə telefonla danışdı", - məlumatda deyilir. 

Ağ Ev əlavə edib ki, söhbətin təfərrüatları barədə daha sonra məlumat verəcəklər.

Amerika lideri ilə söhbətdə Kanadanın baş naziri Castin Trüdo, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Avropa Şurasının sədri Şarl Mişel, Almaniya kansleri Olaf Şolz, İtaliyanın baş naziri Giorgia Meloni, Yaponiyanın baş naziri Fumio Kişida, NATO-nun baş katibi Yens Stoltenberq, Polşa prezidenti Anjey Duda, Böyük Britaniyanın baş naziri Rişi Sunak, Rumıniya prezidenti Klaus İohannis və Fransanın xarici işlər naziri Ketrin Kolonna iştirak ediblər. 

Teqlər:

"Bayden m\u00fctt\u0259fiql\u0259ri il\u0259 Ukraynaya yard\u0131m\u0131 m\u00fczakir\u0259 edib"

Əlaqəli Xəbərlər