Menyu

Duda: Qərbdən Ukraynaya gedən yeganə magistral Polşadan keçir

Duda: Qərbdən Ukraynaya gedən yeganə magistral Polşadan keçir

Polşa prezidenti Andjey Duda deyib ki, qərbdən Ukraynaya gedən yeganə magistral Polşa ərazisindən keçir. 

"Operativ Media" xəbər verir ki, o, bunu ABŞ prezidenti Co Baydenin müttəfiqləri ilə Ukraynaya yardım göstərilməsi ilə bağlı təşkil etdiyi telefon danışıqlarından sonra keçirilən brifinqdə deyib.

"Vurğulamaq istəyirəm ki, biz Ukraynaya yardım göstərməkdə, o cümlədən gələcəkdə də Ukraynaya dəstəkdən danışsaq, əsas ölkəyik. Qərbi Ukraynaya bağlayan yeganə yol Polşadan keçən magistral yoldur. Ən keyfiyyətli dəmir yolları Polşadan keçir, beynəlxalq hava limanı Polşa-Ukrayna sərhədi yaxınlığındakı Rzeşovda yerləşir və bu gün Ukrayna ilə hava əlaqəsini təmsil edir", - Duda qeyd edib.

Onun sözlərinə görə, Polşa müttəfiqlik öhdəliklərinə uyğun olaraq Ukraynaya dəstəyini davam etdirəcək.

Polşa liderinin sözlərinə görə, Baydenin təşkil etdiyi danışıqlar təxminən bir saat davam edib. Amerika lideri ilə söhbətdə Polşa Prezidenti ilə yanaşı, Kanadanın Baş naziri Castin Trüdo, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel, Almaniya kansleri Olaf Şolz, İtaliyanın baş naziri Giorgia Meloni, Yaponiyanın baş naziri Fumio Kişida, NATO-nun baş katibi Yens Stoltenberq, Böyük Britaniyanın baş naziri Rişi Sunak, Rumıniya prezidenti Klaus İohannis və Fransanın xarici işlər naziri Ketrin Kolonna da iştirak ediblər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər