Şolts: Kiyevə əlavə yardımın göstərilməsi zəruridir
Almaniya kansleri Olaf Şolz beynəlxalq tərəfdaşlarla Ukraynadakı vəziyyətlə bağlı telefon danışığı aparıb. Danışıqlar zamanı iştirakçılar nə qədər zərurət yaranarsa, Kiyevə dəstəyin göstərilməsinin zəruriliyini təsdiqləyiblər.
"Operativ Media" xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya hökuməti nümayəndəsinin müavini Volfqanq Büxner məlumat verib.
"Bu gün günortadan sonra (3 oktyabr) Almaniya kansleri beynəlxalq tərəfdaşları ilə Ukraynadakı vəziyyəti müzakirə edib. İştirakçılar arasında İtaliya, Yaponiya, Kanada, Polşa, Rumıniya, Böyük Britaniya və ABŞ dövlət və hökumət başçıları, Avropa Şurası, Avropa Komissiyasının rəhbəri və NATO-nun baş katibi, həmçinin Fransanın xarici işlər naziri olub", - Büxner bildirib.