ABŞ senatorlarından Çak Şumer gələn həftə altı nəfərlik iki partiyadan ibarət olan və Çin, Koreya Respublikası və Yaponiyaya səfər edəcək nümayəndə heyətinə başçılıq edəcək.
"Operativ Media" xəbər verir ki, səfərlə bağlı məlumatı "TASS"a Şumerin ofisi təsdiqləyib.
Bundan əvvəl nümayəndə heyətinin tərkibində olacaq senator Mayk Krapo "Bloomberg" agentliyinə müsahibəsində heyət üzvlərinin Çin sədri Si Tsinpinlə danışıqlar aparacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, Şumer daim Çinin siyasətini tənqid edir və Pekinə qarşı daha sərt mövqe nümayiş etdirməyə çağırır.