Bolqarıstan Rusiya dövlət nömrə nişanlı avtomobilləri qadağan edib
Bolqarıstan Rusiya nömrəli şəxsi avtomobillərin ölkəyə girişini qadağan edən bəzi Avropa ölkələrinə qoşulub.
"Operativ Media" xəbər verir ki, bu barədə ölkənin Gömrük İdarəsi məlumat yayıb.
Məlumata görə, 10-a qədər sərnişin daşıyan Rusiya dövlət nömrə nişanlı avtomobillərin ölkəyə girişi və tranzitinə qadağa qoyulub.
Bildirilib ki, Avropa Komissiyasının tövsiyəsi ilə tətbiq edilən və Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə görə Moskvaya qarşı tətbiq edilən bu yeni qadağaya nəzarəti Gömrük İdarəsi, Daxili İşlər Nazirliyi və Sərhəd Polisi həyata keçirəcək.
Qeyd olunub ki, Rusiya diplomatik nümayəndəliklərinə məxsus avtomobillər müraciətdən çıxarılacaq.
Ölkədəki bütün digər Rusiya nömrəli avtomobillərə Bolqarıstanı tərk etmək üçün 6 ay müddət verildiyi açıqlanıb.
Teqlər:
"Bolqar\u0131stan Rusiya d\u00f6vl\u0259t n\u00f6mr\u0259 ni\u015fanl\u0131 avtomobill\u0259ri qada\u011fan edib"