Menyu

Netanyahu: İran İsrailin bölgədə sülh addımlarına mane ola bilməyəcək 

Netanyahu: İran İsrailin bölgədə sülh addımlarına mane ola bilməyəcək 

İran İsrailin Yaxın Şərq regionu ölkələri ilə münasibətləri normallaşdırmaq səylərinə müdaxilə edə bilməyəcək. 

"Operativ Media" xəbər verir ki, bu sözləri İranın ali dini lideri Əli Xamneyinin bəzi dövlətlərin İsraillə münasibətləri normallaşdırmaq istəyinin uğurlu olmayacağı barədə fikirlərinə cavab olaraq İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

"İran bizə ​​İbrahim sazişlərini bağlamağa mane ola bilmədiyi kimi, İsrail vətəndaşlarının, region xalqlarının və bütün bəşəriyyətin rifahı naminə sülh dairəsini daha da genişləndirməyimizə mane ola bilməyəcək", - Netanyahunun ofisi bildirib. 

"Xamneyinin terrorçu rejimi dağıntı və ölüm yaydığı halda, İsrail tərəqqi və sülhü təşviq edir", - Netanyahu əlavə edib.


 

Teqlər:

"Netanyahu: \u0130ran \u0130srailin b\u00f6lg\u0259d\u0259 s\u00fclh add\u0131mlar\u0131na mane ola bilm\u0259y\u0259c\u0259k\u00a0"

Əlaqəli Xəbərlər