Dövlət Departamenti Serb qüvvələrinin Kosovodan çıxdığını bildirib
Serb qüvvələri Kosovo ilə inzibati sərhəddən qismən geri çəkilib və ABŞ gərginliyin daha da azalmasını gözləyir.
"Operativ Media" xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel brifinqdə deyib.
"Biz Serb artilleriyasının, tanklarının və mexanikləşdirilmiş briqadalarının Kosovo ilə sərhəddə görünməmiş şəkildə yerləşdirilməsini qeyd etdik. Serbiyanı qüvvələri geri çəkməyə və gərginliyi azaltmağa çağırdıq. Sentyabrın 29-dan etibarən bəzi qüvvə və texnikanın Kosovo ilə sərhəddən çıxarılmasını müşahidə edirik və Serbiyanın gərginliyin azaldılması və qüvvələrin geri çəkilməsi istiqamətində addımları davam etdirəcəyini gözləyirik", - Patel qeyd edib.