Menyu

Paşinyan İstintaq komitəsi tərəfindən şahid qismində dindirilib

Nərmin Qocamanlı
Paşinyan İstintaq komitəsi tərəfindən şahid qismində dindirilib

Ermənistan Baş naziri Nikol Paşinyan İstintaq komitəsi tərəfindən şahid qismində dindirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə “Azadlıq radiosu”nun Ermənistan bürosu İstintaq komitəsinə istinadən məlumat yayıb.

Verilən məlumatda deyilir ki, İstintaq Komitəsinin Hərbi cinayətlərin istintaqı baş idarəsinin xüsusi əhəmiyyətli işlərin araşdırılması idarəsi bu ilin may ayının 4-dən etibarən, 44 günlük müharibə dövründə Ermənistanın yüksək vəzifəli şəxsləri tərəfindən, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, törədildiyi ehtimal olunan cinayət faktı üzrə ilkin istintaq tədbirləri həyata keçirir.

İstintaq tədbirləri çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan da şahid qismində dindirilib.

Paşinyanın dindirilməsini ölən hərbi qulluqçuların qohumları tələb edib və aprel ayından başlayaraq hökumət binasının və Baş prokurorluğun binası qarşısında aylarla davam edən aksiyalar zamanı bu tələblərlə çıxış ediblər.

Onlar Paşinyanın müttəhim qismində dindirilməsini tələb ediblər.

Paşinyanın nə vaxt dindirilməsi və hərbçilərin qohumlarının tələbi ilə onun barəsində hərbi cinayət törətməsi ittihamının irəli sürüləcəyi haqda dəqiq məlumat verilməyib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər