İran Fransa avtomobillərinin ölkəyə qeydiyyatı və idxalına qadağa qoyub.
"Operativ Media" "Tasnim"ə istinadən xəbər verir ki, Sənaye, Mədən və Ticarət Nazirliyinin sözçüsü Omid Kalibaf bu qərarın Fransa avtomobil istehsalçılarının əvvəlki illərdəki qeyri-peşəkar davranışlarına cavab olaraq qəbul edildiyini bildirib.
Nazirliyin qərarı çərçivəsində Fransanın Renault, Peugeot və Citroen kimi firmalarının istehsal etdiyi vasitələrin idxalına qadağa qoyulub.