Menyu

ABŞ prezidenti Qətər əmiri ilə telefon danışığı aparıb

Nərmin Qocamanlı
ABŞ prezidenti Qətər əmiri ilə telefon danışığı aparıb

ABŞ prezidenti Cozef Bayden Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Tani ilə telefon danışığı aparıb.

"Operativ Media" xəbər verir ki, Ağ Evdən verilən açıqlamaya görə, iki lider regional və qlobal problemlərin həlli üçün birgə işləməyə sadiq olduqlarını bəyan ediblər.

Bayden Qətəri ABŞ və İran arasında məhbus mübadiləsinə verdiyi dəstəyə, eləcə də Əfqanıstan xalqına verdiyi dəstəyə görə yüksək qiymətləndirib.

Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirmək əzmində olduqlarını vurğulayan iki lider, həmçinin daha dinc, təhlükəsiz, firavan və sabit Yaxın Şərq regionu üçün ortaq baxışlarını inkişaf etdirməyi müzakirə ediblər.

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər