Noyabrda KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası keçiriləcək
Noyabrda Belarusda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasına üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclasları keçiriləcək.
"Operativ Media" xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəis müavini polkovnik Dmitri Ryabixin məlumat verib.
"Noyabrda Belarus Respublikasında müdafiə nazirləri, xarici işlər nazirləri və dövlət təhlükəsizlik katibləri şurasının birgə iclası keçiriləcək. Dövlətimizin başçısının rəhbərliyi ilə Kollektiv Təhlükəsizlik Şurasının növbəti iclası olacaq". o, "Belarus Today" nəşriyyatına müsahibəsində bildirib.
2023-cü ildə KTMT-yə sədrlik edəcək Belarusdan başqa, təşkilata Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.