Menyu

Türkiyə Ordusu PKK-nın 22 obyektini məhv edib

Türkiyə Ordusu PKK-nın 22 obyektini məhv edib

Türkiyə Hərbi Hava Qüvvələri Şimali İraqda PKK və ona bağlı təşkilatların hədəflərinə zərbələr endirib. 

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin bəyanatında deyilir.

“Oktyabrın 4-də saat 19:00-da Hərbi Hava Qüvvələrinin həyata keçirdiyi əməliyyat zamanı Şimali İraqdakı Qara, Hakurk, Kandil və Metina bölgələrində terrorçuların hədəflərinə zərbələr endirilib. Sığınacaqlar, mağaralar və anbarlar da daxil olmaqla 22 hədəf məhv edilib. Mövcud hesablamalara görə, bu obyektlər terror təşkilatı tərəfindən istifadə edilib", - məlumatda qeyd edilib. 

Teqlər:

"T\u00fcrkiy\u0259 Ordusu PKK-n\u0131n 22 obyektini m\u0259hv edib"

Əlaqəli Xəbərlər