Menyu

Reuters: İraqın baş naziri Putinlə görüşməyi planlaşdırır

Reuters: İraqın baş naziri Putinlə görüşməyi planlaşdırır
1 dəq oxu

İraqın baş naziri Məhəmməd əl-Sudani oktyabrın 10-11-də Moskvaya səfər edəcək və səfər zamanı Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır. 

"Operativ Media" xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, əl-Sudani oktyabrın 9-da İraqı tərk edəcək. O, oktyabrın 10-da Putinlə görüşmək istəyir, ertəsi gün isə işgüzar görüşlər keçirəcək. 

Əlaqəli Xəbərlər