Menyu

Şimali Koreya iki qısa mənzilli ballistik raket buraxıb

Şimali Koreya iki qısa mənzilli ballistik raket buraxıb

Koreya Xalq Demokratik Respublikası (KXDR) ordusu Pxenyandan qısa mənzilli ballistik raketlər buraxıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.

"Pxenyanın Sunan bölgəsindən Yapon dənizinə doğru iki qısa mənzilli raket atılıb. Raketin buraxılışı yerli vaxtla saat 16:32-də qeydə alınıb", - məlumatda qeyd edilib.

Bildirilib ki, Raketlər müvafiq olaraq təqribən 250 və 350 km məsafədə uçaraq Yapon dənizinə düşüb.

"Biz müşahidəni gücləndirəcəyik və Birləşmiş Ştatlarla sıx əməkdaşlığı davam etdirəcəyik”, - Seul bildirib. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər