18 Noyabr 2022, 17:16
İraqda yaşayış binasında baş verən partlayışda 15 nəfər ölüb
İraqda yaşayış binasında baş verən partlayışda 15 nəfər ölüb şəkil
İraqda yaşayış binasında baş verən partlayışda 15 nəfər ölüb

İraqın şimal-şəqrində yerləşən Regional Kürd Milli Muxtariyyəti bölgəsində yaşayış binasında baş verən partlayış nəticəsində azı 15 nəfər ölüb.

"Operativ Media" İraq mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində xeyli insan yaralanıb. Onların dəqiq sayı açıqlanmayıb. Yaralılardan bəzilərinin vəziyyəti ağır olduğundan ölənlərin sayınıln artacağı ehtimal olunur.

Bildirilib ki, təmir işləri aparılan zaman evin damında qazpaylayıcı sistem partlayıb. Nəticədə bina uçub. Hadisə zamanı qonşu evlərə də ziyan dəyib.

Partlayış yerində axtarış-xilasetmə işləri başa çatıb.

Son xəbərlər
NATO Müdafiə nazirləri Brüsseldə görüşəcək
Ukrayna Antiterror Mərkəzinin rəhbəri saxlanılıb
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Dövlət Agentliyinə çevrilib
Beynəlxalq axtarışa verilmiş daha 7 şəxs ölkəmizə ekstradisiya edilib
Elnur Bağırov Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri təyin edilib
Putin Əhməd əl-Şaraa ilə telefonla danışıb
UEFA Azərbaycan klublarına ödəniş etdi
Bakıda bəzi yollarda sıxlıq var