Zelenski Paşinyanla Qafqazdakı vəziyyəti müzakirə edib
Ukrayna prezidenti Volodimir Zelenski Avropa Siyasi Birliyinin Qranada sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan ilə Zaqafqaziyadakı təhlükəsizlik məsələlərini müzakirə etdiyini bildirib.
"Operativ Media" xəbər verir ki, o, bu barədə "Telegram" kanalında yazıb.
"Ermənistanın baş naziri Nikol Paşinyanla ilk görüşümüz zamanı diqqətimizi Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətinə yönəltdik. Ukrayna regionun sabitliyində və onun ölkələri ilə dostluq münasibətlərində maraqlıdır", - Zelenski qeyd edib
O əlavə edib ki, İrəvan və Kiyev arasında ikitərəfli əməkdaşlığı da müzakirə ediblər.