Menyu

Europol Ukraynada anti-Rusiya istintaq qrupunda iştirak edəcək

Europol Ukraynada anti-Rusiya istintaq qrupunda iştirak edəcək

Europol Ukraynada beynəlxalq cinayətləri araşdırmaq üçün Avropa İttifaqı (Aİ) tərəfindən yaradılmış qondarma Birgə İstintaq Qrupunun (JIT) işinə qoşulub. 

"Operativ Media" xəbər verir ki, bu barədə Avropa Ədliyyə Əməkdaşlığı Agentliyinin (Eurojust) bəyanatında deyilir.

Sənəddə qeyd edilib: "Europol Ukraynada törədilmiş böyük beynəlxalq cinayətlər üzrə birgə istintaq qrupunun üzvü olub".

Əlavə edilib ki, Europol JIT üzvlərinə analitika, məhkəmə, tibb sahələrində dəstək verəcək, həmçinin sosial şəbəkələr və media kimi açıq mənbələrdən əldə edilən məlumatların toplanması və təhlili ilə məşğul olacaq.

Qeyd edək ki, JIT 25 mart 2022-ci ildə Aİ institutlarının fəal dəstəyi ilə yaradılmışdır. Onun üzvlərinə Ukrayna, Polşa, Latviya, Litva, Estoniya, Slovakiya, Rumıniya, Beynəlxalq Cinayət Məhkəməsi (ICC) və Eurojust daxildir.

Teqlər:

"Europol Ukraynada anti-Rusiya istintaq qrupunda i\u015ftirak ed\u0259c\u0259k"

Əlaqəli Xəbərlər