Menyu

Zurabişvili tərəfdaşlarını Rusiya HDQ-nin Abxaziyada yerləşdirilməsinə qarşı çıxmağa çağırıb

Zurabişvili tərəfdaşlarını Rusiya HDQ-nin Abxaziyada yerləşdirilməsinə qarşı çıxmağa çağırıb

Gürcüstan prezidenti Salome Zurabişvili tərəfdaşlarını və beynəlxalq ictimaiyyəti Rusiya Federasiyasının Abxaziyanın Oçamçira bölgəsində Rusiya hərbi-dəniz bazası açmaq planları ilə bağlı reaksiya verməyə çağırıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Gürcüstan lideri bəyanat yayıb.

"Rusiya Federasiyasının Abxaziyada baza açmaq planları ilə əlaqədar Gürcüstanın tərəfdaşlarını və beynəlxalq ictimaiyyəti dərhal reaksiya göstərməyə çağırıram", - Zurabişvili bildirib.

Gürcüstan Xarici İşlər Nazirliyi artıq cümə axşamı Abxaziyada Rusiyanın hərbi-dəniz bazasının yaradılması planlarından narahatlığını bildirib.

Bundan əvvəl “İzvestiya”ya müsahibəsində "Abxaziya prezidenti" Aslan Bjaniya Abxaziyanın Rusiya ilə müqavilə imzaladığını və yaxın gələcəkdə Rusiya Hərbi Dəniz Qüvvələrinin Oçamçira bölgəsində daimi bazası olacağını bildirmişdi. 

Teqlər:

"Zurabi\u015fvili t\u0259r\u0259fda\u015flar\u0131n\u0131 Rusiya HDQ-nin Abxaziyada yerl\u0259\u015fdirilm\u0259sin\u0259 qar\u015f\u0131 \u00e7\u0131xma\u011fa \u00e7a\u011f\u0131r\u0131b"

Əlaqəli Xəbərlər