BMT-nin baş katibi ölkələri nüvə sınaqları keçirməməyə çağırıb
BMT-nin Baş katibi Antonio Quterreş nüvə dövlətlərini nüvə sınaqlarına moratoriumun tətbiqinə əməl etməyə çağırıb.
"Operativ Media" xəbər verir ki, bu barədə brifinqdə baş katibin nümayəndəsi Fərhan Haq Rusiyanın Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsinin ratifikasiyasını geri çəkməsi ehtimalını şərh edərkən bildirib.
"Baş katib ardıcıl olaraq Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsinin qüvvəyə minməsinin vacibliyindən danışır. Baş katib bütün nüvə silahına malik dövlətləri nüvə silahlarına moratoriumun açıq şəkildə təsdiqlənməsinə çağırır", - deyə o bildirib.
Haq xatırladıb ki, Quterreş Əhatəli Nüvə Sınaqlarının Qadağası Müqaviləsini ratifikasiya etməyən bütün ölkələri “qətiyyətlə” müqaviləni “heç bir qeyd-şərtsiz” ratifikasiya etməyə çağırır.
Moskvanın bu sənədin ratifikasiyasını ləğv etməsi ehtimalını Rusiya prezidenti Vladimir Putin oktyabrın 5-də Valday Diskussiya Klubunun iclasında çıxışı zamanı deyib.
Teqlər:
"BMT-nin ba\u015f katibi \u00f6lk\u0259l\u0259ri n\u00fcv\u0259 s\u0131naqlar\u0131 ke\u00e7irm\u0259m\u0259y\u0259 \u00e7a\u011f\u0131r\u0131b"