Menyu

ABŞ Çin və digər ölkələrdən 49 şirkətə qarşı sanksiya tətbiq edib

ABŞ Çin və digər ölkələrdən 49 şirkətə qarşı sanksiya tətbiq edib

ABŞ Almaniya, Hindistan, Çin, Türkiyə, Estoniya və digər ölkələrdən olan onlarla şirkətə qarşı Rusiya Silahlı Qüvvələrinə və ya onun hərbi sənaye komplekslərinə dəstək iddiası ilə məhdudlaşdırıcı tədbirlər tətbiq edib. 

"Operativ Media" xəbər verir ki, ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosunun məlumatına görə, ümumilikdə 49 firma qara siyahıya salınıb.

Onların əsas hissəsi (42-i ədəd - red.) Çində yerləşir. ABŞ hökumətinin məlumatına görə, sanksiya tətbiq edilən şirkətlər Rusiyaya “Amerika mənşəli inteqral sxemlər” təqdim ediblər. Siyahıya Hindistandan üç, Türkiyədən iki və Böyük Britaniya, Almaniya, BƏƏ, Finlandiya və Estoniyadan bir şirkət də daxildir.
 

Teqlər:

"AB\u015e \u00c7in v\u0259 dig\u0259r \u00f6lk\u0259l\u0259rd\u0259n 49 \u015firk\u0259t\u0259 qar\u015f\u0131 sanksiya t\u0259tbiq edib"

Əlaqəli Xəbərlər