Menyu

ABŞ iki rus diplomatını ölkədən çıxarır

ABŞ iki rus diplomatını ölkədən çıxarır

ABŞ Rusiya Federasiyasının son analoji addımına cavab olaraq iki rus diplomatına Amerika ərazisini tərk etmə əmri verib. 

"Operativ Media" xəbər verir ki, bu barədə TASS-ın müxbirinə Dövlət Departamentinin mətbuat xidmətindən məlumat verilib.

"Dövlət Departamenti Rusiya Federasiyasının Amerikanın Moskvadakı səfirliyindən iki diplomatı qovulmasına cavab olaraq ABŞ-də çalışan Rusiya səfirliyinin iki əməkdaşını persona non-qrata elan edib", - Dövlət Departamenti bildirib.

Departament iddia edib ki, Rusiya amerikalı diplomatlara qarşı təqiblərlə səciyyələnən davranış nümunəsi nümayiş etdirir. Dövlət Departamenti bildirib ki, ABŞ administrasiyası öz diplomatlarına qarşı bu cür rəftara “səbir etməyəcək”. 

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin sentyabrın 14-də verdiyi məlumata görə, ABŞ-nin Moskvadakı səfirliyinin iki əməkdaşı persona non-qrata elan edilib. ABŞ-nin Moskvadakı səfiri Lin Treysi Xarici İşlər Nazirliyinə çağırılıb və ona səfirliyin birinci və ikinci katiblərinin hərəkətlərinin diplomatik statusla uyğun gəlmədiyi barədə nota verilib. Amerikanın Moskvadakı diplomatik nümayəndəliyinin bu iki əməkdaşına Rusiya ərazisini tərk etmək əmri verilib.
 

Teqlər:

"AB\u015e iki rus diplomat\u0131n\u0131 \u00f6lk\u0259d\u0259n \u00e7\u0131xar\u0131r"

Əlaqəli Xəbərlər