Türkiyə ilə Rumıniya arasında “Hərbi Çərçivə Sazişi” imzalanıb
Türkiyə ilə Rumıniya arasında “Hərbi Çərçivə Sazişi” imzalanıb.
"Operativ Media" xəbər verir ki, Türkiyə ilə Rumıniya arasında imzalanan “Hərbi Çərçivə Sazişi”ni Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Rumıniyanın müdafiə naziri Angel Tilvar imzalayıb.
Nazir Gülər Ankaraya səfər edən Tilvarı Milli Müdafiə Nazirliyində hərbi mərasimlə qarşılayıb.
Hərbi orkestr tərəfindən hər iki ölkənin dövlət himnlərinin səsləndirildiyi və qonaq nazirin fəxri qarovul dəstəsini salamladığı mərasimdən sonra nazirlər əvvəlcə təkbətək görüşüb, daha sonra nümayəndə heyətləri arasında görüşlərə sədrlik ediblər.
Görüşdən sonra Gülər və Tilvar Türkiyə ilə Rumıniya arasında “Hərbi Çərçivə Sazişi” imzalayıblar.