İran Fələstinin İsrailə raket hücumlarını dəstəkləyir
İran tərəfi Fələstinin İsrailə raket hücumlarını dəstəkləyir. Tehran Fələstin və onun əsas ziyarətgahı olan Qüds şəhəri azad edilənə qədər fələstinli döyüşçülərin “yanında olacaq”.
"Operativ Media" xəbər veri ki, bunu İslam Respublikasının Ali Rəhbərinin müşaviri, general-mayor Rəhim Səfəvi deyib.
Eyni zamanda, İsrailin Rusiya Federasiyasındakı səfiri Aleksandr Ben-Zvi bildirib ki, Təl-Əviv İranı HƏMAS-ın hərəkətlərinə görə cavabdeh hesab edir.