Menyu

AZAL İsrailə və əks istiqamətdə bütün reysləri ləğv edib

AZAL İsrailə və əks istiqamətdə bütün reysləri ləğv edib

İsraildə baş verən son hadisələrlə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" aviaşirkəti bazar günü, oktyabrın 8-nə planlaşdırılan Təl-Əvivin Ben Qurion hava limanına və oradan geri istiqamətində bütün reyslərini ləğv edir.

Bu barədə "Operativ Media" ya "Azərbaycan Hava Yolları" QSC-dən bildiriblər.

Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə uçuşların həyata keçirilməsi ilə bağlı əlavə məlumat veriləcək.

Təl-Əvivə bileti alan sərnişinlər pulun tam geri qaytarılması və ya pulsuz bilet dəyişdirilməsi hüququna malikdirlər.

Dəyişikliklər barədə məlumat almaq üçün sərnişinlərə aviaşirkətin [email protected] elektron ünvanına müraciət etmələri tövsiyə olunur.

Aviaşirkət hazırda Tel-Əvivə aviabiletlərin satışını növbəti xəbərdarlığa qədər dayandırıb.

Qeyd edək ki, aviaşirkətin prioriteti uçuşların və sərnişinlərin təhlükəsizliyidir.

Teqlər:

"AZAL \u0130srail\u0259 v\u0259 \u0259ks istiqam\u0259td\u0259 b\u00fct\u00fcn reysl\u0259ri l\u0259\u011fv edib"

Əlaqəli Xəbərlər