İsrail döyüş təyyarələri Qəzza zolağını bombalayıb
Məlum olduğu kimi, HƏMAS-ın silahlı qanadı İzzəddin Qəssam Briqadaları İsrailə qarşı “Əqsa tufanı” əməliyyatına başlayıb. Fələstinli qruplar çox sayda İsrail əsgərini və bəzi mülki vətəndaşları əsir götürərək Qəzza zolağına aparıblar. İsrail döyüş təyyarələri Qəzza zolağının müxtəlif hissələrini bombalayıb.
"Operativ Media" xəbər verir ki, dünəndən etibarən Qəzza zolağından İsrailə raket və minaatanlardan atəş açılıb. Atılan raketlər Askalan şəhəri başda olmaqla bir çox rayonları vurub, tüstü və siren səsləri yüksəlib.
Qəzzadan atılan raketlərin bir hissəsi Təl-Əvivə də düşüb.
Hücumda yaralananların sayının 1590-a yüksəldiyi, ən azı 300 nəfərin həyatını itirdiyi bildirilib.