Menyu

İsrail və HƏMAS arasında qarşıdurmada ölənlərin sayı artmaqda davam edir

İsrail və HƏMAS arasında qarşıdurmada ölənlərin sayı artmaqda davam edir

Fələstin Səhiyyə Nazirliyi Qəzza zolağında İsrail və HƏMAS arasında qarşıdurmanın qızışması nəticəsində 313 fələstinlinin həlak olduğunu, daha 1990 nəfərin yaralandığını bildirib.

"Operativ Media" xəbər verir ki, ölənlərin əksəriyyəti İsrailin cavab zərbələri nəticəsində Qəzza zolağında həlak olub. İsrail Müdafiə Qüvvələri də Qəzzaya endirdiyi zərbələr nəticəsində yüzlərlə fələstinli yaraqlının öldürüldüyünü açıqlayıb.

Bundan başqa, "Haaretz" nəşri xəbər verir ki, gün ərzində azı 250 israilli həlak olub, 1600-dən çoxu yaralanıb.

İsrail Müdafiə Qüvvələrinin sözçüsü şənbə günü axşam bildirib ki, ordu Həmas və İslami Cihad yaraqlılarının sızdığı Qəzza sərhədindəki yaşayış məntəqələrinin əksəriyyətinə nəzarəti bərpa edib. 

Teqlər:

"\u0130srail v\u0259 H\u018fMAS aras\u0131nda qar\u015f\u0131durmada \u00f6l\u0259nl\u0259rin say\u0131 artmaqda davam edir"

Əlaqəli Xəbərlər