Menyu

Türkiyə ordusu Suriyanın şimalında 100-ə yaxın PKK hədəfini məhv edib

Türkiyə ordusu Suriyanın şimalında 100-ə yaxın PKK hədəfini məhv edib

Türkiyə ordusu Suriyanın şimalında keçirdiyi əməliyyat zamanı PKK-nın 100-ə yaxın obyektini məhv edib. 

"Operativ Media" xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı hərbi mənbələrə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, 70-dən çox terrorçu məhv edilib. Şənbə günü Türkiyə Müdafiə Nazirliyi 58 terrorçunun məhv edildiyini bildirib. Hərbi idarə hələlik yeni hesabat yaymayıb.

Türkiyə Hərbi Hava Qüvvələri oktyabrın 6-da axşam saatlarında Suriyanın şimalında əməliyyat keçirib və bu əməliyyatın hədəfi PKK və onun Suriya qanadı olan Xalq Müdafiə Qüvvələri olub. Əməliyyata 30 döyüş təyyarəsi cəlb olunub. Əməliyyat 40-50 km dərinlikdə aparılıb, Tel-Rifat, Cizirə və Derik bölgələrində PKK-ya məxsus silahlıların bazalarına, neft quyularına və neft anbarlarına hücumlar edilib.
 

Teqlər:

"T\u00fcrkiy\u0259 ordusu Suriyan\u0131n \u015fimal\u0131nda 100-\u0259 yax\u0131n PKK h\u0259d\u0259fini m\u0259hv edib"

Əlaqəli Xəbərlər