Menyu

KİV: İsrail tankları Livanın cənubunu vurub

KİV: İsrail tankları Livanın cənubunu vurub
1 dəq oxu

İsrail əsgərləri Livanın cənubundakı Bastar sərhəd sektorunu tank topları ilə atəşə tutub. 

"Operativ Media" xəbər verir ki, bu barədə "Al Wataniya" məlumat yayıb. 

Məlumata görə, mərmilər Kfar Şuba və Saddana yaşayış məntəqələri yaxınlığında partlayıb.

Qeyd edilib ki, Hizbullah fəalları ərazidə çadırlar qurub və bundan sonra atışma yenidən başlayıb.

Çadırların səhər saatlarında İsrail əsgərləri tərəfindən sökülməsi İsrail ordusu ilə Hizbullah arasında qarşıdurmaya səbəb olub. 

Əlaqəli Xəbərlər