Menyu

Mərakeş Qəzzadakı vəziyyətlə bağlı Ərəb Liqasını təcili toplantıya çağırıb

Mərakeş Qəzzadakı vəziyyətlə bağlı Ərəb Liqasını təcili toplantıya çağırıb

Mərakeş Krallığı Qəzza zolağında vəziyyətin pisləşməsi ilə əlaqədar Xarici İşlər nazirləri səviyyəsində Ərəb Dövlətləri Liqası Şurasının fövqəladə iclasını keçirməyə çağırıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə Şimali Afrika ölkəsinin Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

"Ərəb Şurasının hazırkı nazirlər sessiyasına sədrlik edən Mərakeş Əlahəzrət Kral VI Məhəmmədin göstərişi ilə vəziyyətin pisləşməsi ilə əlaqədar Şuranın ərəb xarici işlər nazirləri səviyyəsində fövqəladə iclasını çağırdı. Qəzza zolağındakı vəziyyət və mülki şəxslərə qarşı hərbi əməliyyatların başlanması, habelə bu təhlükəli eskalasiyanın dayandırılması üçün vasitələr tapılmalıdır", - XİN sənədində vurğulanır.

Nazirlik onu da qeyd edib ki, Ərəb Liqasının Qahirədəki mənzil-qərargahında baş tutacaq görüşdən əvvəl intensiv məsləhətləşmələr aparılır.

Teqlər:

"M\u0259rake\u015f Q\u0259zzadak\u0131 v\u0259ziyy\u0259tl\u0259 ba\u011fl\u0131 \u018fr\u0259b Liqas\u0131n\u0131 t\u0259cili toplant\u0131ya \u00e7a\u011f\u0131r\u0131b"

Əlaqəli Xəbərlər